29 Dekabr 2024 12:51
341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciəti qəbul edib.

Teleqraf.com xəbər verir ki, müraciət parlamentin bu gün keçirilən iclasında “Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında” qərar layihəsində yer alıb.

Müraciəti Milli Məclisin deputatı Samir Vəliyev oxuyub.

"Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının ümid və istinad yeri, ata-baba yurdu olduğundan Asiyada, Avropada, Amerikada və başqa qitələrdə yaşayan soydaşlarımız doğma Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, dövlətimizin milli mənafelərə uyğun olan müstəqil siyasət yeritməsindən, dünya birliyinin sayılıb-seçilən üzvlərindən birinə çevrilməsindən məmnunluq duyurlar.

Yeni tarixi dövrün astanasında Azərbaycan xalqı yeni imkanlara və nailiyyətlərə hazırdır. Keçmişdə qarşılaşdığımız çətinliklər bizi daha güclü etmişdir. Şübhə yoxdur ki, xalqımızın yeni dövrdə davamlı yüksəlişinin yolu on milyonlarca soydaşımızın və həmvətənimizin milli-mənəvi birliyinin möhkəmlənməsindən keçir.

Azərbaycanın dünyaya daha yaxından tanıdılması, xalqımızın qədim adət-ənənələrinin, gözəl dilinin, zəngin mədəniyyətinin yaşadılması və təbliğ edilməsi sahəsində görüləsi işlərimiz çoxdur. Soydaşlarımızın və həmvətənlərimizin bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, milli özgünlüyümüzü uca tutmaq, milli hüquqlarımızı qorumaq, hər sahədə bir-birinə dəstək olmaqdır", -deyə müraciətdə qeyd olunur.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər