29 Dekabr 2024 11:59
233
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artaraq 3,1 milyard ABŞ dolları təşkil edib.

Teleqraf.com xəbər verir ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində yeyinti məhsullarının ixracı 12,3% artaraq 923 milyon dollara bərabər olub.

Cari ilin 11 ayında ixrac olunan şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 65,4% artaraq 37,5 milyon, pambıq lifi 52,6% artaraq 170 milyon, bitki mənşəli yağlar və piylər 32% artaraq 25,5 milyon, qiymətli metallar 29% artaraq 189,8 milyon dollar təşkil edib.

2024-cü ilin yanvar-noyabr aylarında aqrar məhsulların ixracı 4,4% artaraq 701,7 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı 58,3% artaraq 287,3 milyon dollara bərabərdir. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 15,9% artaraq 988,9 milyon dollar olub.

Cari ilin 11 ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci olub.

Bu siyahıda pambıq mahlıcı ikinci, tomat isə üçüncü yerdə qərarlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər