Almaniya Ukraynada sülhməramlı qüvvələrdə iştiraka yalnız Rusiyanın razılığı ilə baxa bilər.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya kanslerliyinə namizəd, müxalif Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merz deyib.
Siyasətçi bildirib ki, Almaniyanın sülhməramlı əməliyyatlarda iştirakı beynəlxalq hüquq normalarına uyğun mandat tələb edir.
“Əgər sülh razılaşması əldə edilərsə və Ukraynaya təhlükəsizlik zəmanəti lazım olarsa, o zaman biz bunu yalnız o halda müzakirə edə bilərik ki, beynəlxalq hüquq normalarına uyğun aydın mandat olsun. Hazırda bunu görmürəm. Çox istərdim ki, belə bir mandat münaqişə ilə yox, Rusiya ilə konsensus əsasında verilsin”, - Merz qeyd edib.
İttifaq lideri hesab edir ki, burada əsas amil Rusiyanın razılığıdır, bunsuz belə missiyalar effektiv olmayacaq və vəziyyəti gərginləşdirə bilər.