Qazaxıstanın Aktau şəhərində Azərbaycana məxsus təyyarə qəzasında həlak olan Anar Zöhrab oğlu Babayev doğulduğu Astara rayonunun Şiyəkəran kəndində torpağa tapşırılıb.
Teleqraf.com-un cənub bürosu xəbər verir ki, A.Babayevin vida və dəfn mərasimində kənd sakinləri və mərhumun doğmaları ilə yanaşı, rayon rəhbərliyi və kənd sakinləri iştirak ediblər.
Mərhumun vida və dəfn mərasimi böyük izdihamla keçib.
***
12:36
AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində həlak olanların nəşi ötən gün gecə saatlarında Bakı şəhərinə gətirilib.
Teleqraf.com-un Cənub bürosu xəbər verir ki, aviaqəzada hətatını itirənlərdən biri Anar Zöhrab oğlu Babayevin nəşi bu gün səhət saatlarında doğulduğu Astara rayonunun Şiyəkəran kəndinə gətirilib.
Hazırda mərhumla vida mərasimi keçirilir.