Suriya Baş Kəşfiyyat İdarəsinin rəisi Enes Xəttab ölkənin təhlükəsizlik qurumlarının yenidən qurulacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, Suriya xalqının 13 illik fədakarlıq və səylərindən sonra Əsəd rejimi üzərində qələbə qazandığını deyib.
“Təhlükəsizlik qurumları yenidən qurulacaq, bütün təhlükəsizlik bölmələri ləğv edilərək xalqımızın tarixinə, mübarizəsinə və keçmişinə layiq şəkildə formalaşacaq”, - Xəttab bildirib.
Ölkənin yeni kəşfiyyat şefi devrilmiş Əsəd rejimi dövründə təhlükəsizlik qurumlarının 50 ildən çox insanlara işgəncə verdiyini söyləyib.