29 Dekabr 2024 13:27
1 899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış təyyarədə həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın cənazələri İkinci Fəxri xiyabana gətirilib.

Teleqraf.com-un məlumatına görə, onların ailə üzvləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri xiyabana axın edir.

Dəfn mərasimində Baş nazir Əli Əsədov, baş nazirin müavini Şahin Mustafayev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, səhiyyə naziri Teymur Musayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Dövlət Gömrük Komitəsi sədri Şahin Bağırov və digər şəxslər iştirak edirlər.


Müəllif: Foto: Elnur Muxtar

Oxşar xəbərlər