"Ağır itkini mənimlə bərabər bütün xalq, dövlət birlikdə çəkdi".
Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin baş bələdçisi Hökümə Əliyevanın atası Cəlil Əliyev dekabrın 29-da Bakıda keçirilən vida mərasimində deyib.