Azərbaycanın Seuldakı səfirliyi Muan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzası ilə əlaqədar Cənubi Koreyaya başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Bu səhər Muan Beynəlxalq Hava Limanında baş verən faciəvi təyyarə qəzası xəbərindən dərindən sarsıldıq və kədərləndik. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Düşüncələrimiz və dualarımız bu faciəvi hadisədən təsirlənən hər kəslədir", - paylaşımda belə qeyd edilib.