Azərbaycanda dövlət sektorunun idxalda çəkisi artıb.
Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən il dövlət sektoru 6 milyard 314 milyon 240 min ABŞ dolları dəyərində məhsul idxal edib.
Bu, 2023-cü illə müqayisədə 2,19 dəfə çoxdur.
Nəticədə, dövlət sektorunun idxalda çəkisi 16,74 faizdən 29,98 faizə qədər artıb.
Özəl sektorun idxalda payı isə cüzi artıb. Belə ki, ötən il 2023-cü illə müqayisədə 356 milyon dollar artaraq – 12 milyard 762 milyon dollar olub.