12:10
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Türkiyədə 53 milyard 290 milyon 468 min 908 kubmetr təbii qazın istehlakı proqnozlaşdırılır.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) məlumat yayıb.

İstehlak proqnozunun hesablanmasında təbii qazın hər kubmetri üçün 9 min 155 kalori yüksək istilik dəyəri əsas götürülüb.

Qeyd edək ki, 2024-cü ildə Türkiyənin təbii qaz sisteminə daxil olan ümumi miqdar əvvəlki illə müqayisədə 9,5% artaraq 56 milyard 390 milyon 412 min kubmetr olub. Bu rəqəm 2023-cü ildə 51 milyard 477 milyon 297 min kubmetr olub.

EPDK-nin bu proqnozu ölkədə qaz istehlakının azalacağına işarə edir.

Xatırladaq ki, Türkiyə ən çox Azərbaycan, Rusiya və İrandan qaz alır. Eenergetika Nazirliyinin 11 dekabr 2024 tarixinə olan məlumatına görə, Azərbaycan Türkiyəyə 9 milyard kubmetr qaz satıb. Hesabat dövründə Türkiyəyə TANAP-la 5,1 milyard kubmetr qaz nəql olunub.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər