11:50
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ildə xaricdən Azərbaycana 173 milyon 604 min dollar dəyərində 29 min 611 ton kərə yağı və süddən hazırlanmış yağ idxal edilib.

Teleqraf.com Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, 2023-cü ildə Azərbaycana 92 milyon 416 min dollar dəyərində 16 min 596 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Beləliklə, ötən il Azərbaycana kərə yağı və süddən hazırlanmış digər yağların idxalı dəyər ifadəsilə 81 milyon 188 min dollar, miqdar ifadəsilə isə 13 min 15 ton artıb.

Bitki və heyvan mənşəli piylər və yağların idxalı isə 181 milyon 301 ton təşkil edib. İdxalçılar məhsula 226 milyon 504 min dollar xərcləyiblər. Beləliklə, ötən il Azərbaycan kərə yağı, eləcə də bitki və heyvan mənşəli piylərin idxalına 400 milyon dollar vəsait sərf edib.

Dövlət Statistika Komitəsinin hesabatına görə, ötən il ölkədə duru bitki yağlarının istehsalı 4,5, kərə yağlarının istehsalı isə 7,9 faiz artıb.


Müəllif: Fatimə Bağırova

Oxşar xəbərlər