13:12
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Radikal müxalifətin və onların himayədarları Avropa Şurası Parlament Assambleyasında Gürcüstan nümayəndə heyətinin mandatını dayandırmağa cəhdlər edirlər".

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu cür təşəbbüslər anti-Gürcüstan xarakterlidir.

"Lakin onlar heç bir şəkildə Gürcüstanın milli maraqlarına xələl gətirə bilməzlər. Bu, özlüyündə müxalifətin mahiyyətindən, himayədarlarının maraqlarından xəbər verir. Onların maraqları ölkəmizin maraqları ilə əsaslı şəkildə ziddiyyət təşkil edir", - İ.Kobaxidze söyləyib.

Baş nazir qeyd edib ki, Gürcüstan üçün AŞPA-da təmsil olunmaq maraqlıdır: "Lakin biz AŞPA-nın hansı qərarı verəcəyindən asılı olaraq hərəkət edəcəyik".


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər