Azərbaycanda bir çox internet provayderi və operatorların xidməti ilə bağlı "E-Şikayət”-ə edilən müraciətlərin sayı 4500-ə çatıb.
Teleqraf.com İnformasiya Kommunikasiya Texnologiyaları agentliyinə istinadən xəbər verir ki, 18 şirkət üzrə dərc edilən siyahının ilk sıralarında şikayət indeksi ən yüksək olanlar provayderlər "Megalink" MMC (4,77), "Eurosel" MMC (4,59), "Selnet" MMC (3,54), "Aznet" (3,04), "Konnekt" MMC (2,91) olub.
Həmçinin, daxil olan müraciətlərin ortalama cavablandırılma müddətinin çox olması barədə ən çox şikayətlər Azqtel MMC (23 gün), Uninet MMC (22 gün), Megalink MMC (19 gün) və Enginet MMC (18 gün) haqqında olub.
Qeyd edək ki, siyahıda adları açıqlanan şirkətlər bazar payının 90%-ni təşkil edir.
Onu da bildirək ki, E-Şikayət elektron xidməti 2023-cü ilin sonlarında istifadəyə verilib. Vətəndaşlar bunun vasitəsilə xidmətlərindən narazı qaldıqları telekommunikasiya operator və provayderlərinə, həmçinin tənzimləyici quruma öz müracətlərini edə bilirlər.