Ötən ilin IV rübündə Gürcüstanın paytaxtı Tbilisidə daşınmaz əmlak bazarında qiymət indeksi illik müqayisədə 10,4 % artıb.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Sənədə əsasən, mənzillərin qiymətində 9%-lik, fərdi evlərin qiymətində isə 12,3%-lik artım olub.
Hesabat dövründə Tbilisidə ən bahalı mənzillər mərkəzi Mtatsminda rayonunda satışa təklif olunub. Bu rayonda mənzilin bir kvadrat metr üçün qiyməti 5 987 lari (2 080 ABŞ dolları) təşkil edib. Ən ucuz mənzillər isə Samqori rayonunda qeydə alınıb. Şəhər mərkəzindən uzaq yerləşən rayonda bir kvadrat metr üçün qiymət 3 291 lariyə (1 143 ABŞ dolları) bərabər olub.