13:07
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilənlərin illik sayı proqramın icrasına başlandığı 2017-ci ilə nisbətən 15 dəfəyə yaxın artaraq 17,3 mini ötüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Məlumata görə, ötən dövrdə özünüməşğulluq proqramına 96 mindən çox işsiz və işaxtaran şəxs cəlb olunub.

Proqram iştirakçıları üçün ilk mərhələdə təlimlər təşkil edilərək, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri bitirənlər biznes planlarına uyğun olaraq öz kiçik təsərrüfatlarını qurmaları üçün aktivlərlə təmin edilirlər.

Qeyd edək ki, özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2021-ci ildə 16,232, 2022-ci ildə 16,097, 2023-cü ildə 17,362, 2024-cü ildə isə 17,327 nəfər olub.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər