ABŞ Prezidenti Donald Trampın administrasiyası, münaqişə bitdikdən sonra Ukraynanın bərpasında iştirak etməyə maraqlı deyil.
Teleqraf.com xəbər verir, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumatda bildirilir ki, yeni administrasiya birbaşa belə bir təşəbbüsdə iştirak etməyəcəyini və bununla bağlı məsuliyyəti öz üzərinə özəl sektorun götürəcəyini vurğulayıb.
Qeyd edək ki, yanvarın 21-də Donald Tramp Ukraynaya silah tədarükünün tamamilə dayandırılmasının mümkünlüyünü istisna etməyib. Həmçinin Rusiya Prezidenti Vladimir Putini hər hansı bir vaxtda görüşə dəvət etməyə hazır olduğunu bildirib. Eyni zamanda, o, Rusiya Ukrayna ilə bağlı razılaşmaya getməsə, ona qarşı sanksiyaların sərtləşdiriləcəyini də vurğulayıb.