15:06
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” braziliyalı futbolçu Julio Romao ilə yollarını ayırıb.

Teleqraf.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

Onun Macarıstanın "Ferensvaroş" klubuna keçdiyi deyilir.

Qeyd edək ki, 2022-ci ildən "Qarabağ"da çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/2023 və 2023/2024 mövsümlərində Azərbaycan çempionu, 2023/2024 mövsümündə ölkə kubokunun qalibi olub.


Müəllif: Röyanə Oğuz

Oxşar xəbərlər