14:53
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın cüdo üzrə yığma komandasının üzvləri hazırda Fransanın paytaxtı Parisdə keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Teleqraf.com Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Paris Böyük Dəbilqə turnirindən dərhal sonra başlanan hazırlıq prosesinə Azərbaycandan 33 idmançı qatılıb.

Fevralın 6-dək davam edəcək təlimlər Bakı Böyük Dəbilqə turnirinə və qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, Bakı Böyük Dəbilqə turniri 14 - 16 fevralda Milli Gimnastika Arenasında keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər