“Vətənpərvərlik mövzusunda yazılan mahnıları ifa etmək çətindir. Onu ifa etmək azdır, həm də yaşamalısan. Bunu öz təcrübəmdən deyirəm”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Mübariz Tağıyev deyib.
Xalq artistinin sözlərinə görə, ən yaxşı, səmimi vətənpərvər mahnılar 90-ci illərin müharibəsi dövründə yazılıb: “O zaman yazılan musiqilər ürək yanğısından ərsəyə gəlirdi. Biz müğənnilər də onları ifa edəndə bir tərəfdən ürəyimiz ağrıyırdı, digər tərəfdən qələbəyə inamımız vardı.
Bu gün vətənpərvər mahnıları yazan bəstəkarlar, onları ifa edən müğənnilərimiz varl. Amma əksəriyyəti sadəcə yazılmaq üçün yazılır. İfası da yüksək səviyyədə deyil”.
Nərmin