3 İyul 2014 10:09
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinə istinadən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonu, Yenicə kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus "Ford" markalı sərnişin mikroavtobusu sahibi məlum olmayan "VAZ" markalı minik avtomobili ilə toqquşub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, mikroavtobusda olan 15 nəfər şəxsiyyətləri məlum olmayan sərnişinlər müxtəlif bədən xəsarətləri ilə Təcili Tibbi Yardım Xidməti tərəfindən Ucar və Ağdaş rayon Mərkəzi xəstəxanalarına aparılıblar.

Mikroavtobusda sıxılmış vəziyyətda qalmış 1 nəfər sərnişin isə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla mikroavtobusdan çıxarılaraq aidiyyətı üzrə təhvil verilib.

Əməliyyat saat 03:28-də başa çatıb./ans press/


Müəllif: