4 İyul 2014 10:17
1 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

BDU hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlının işindən kasasiya şikayəti verilib.

Bu barədə Teleqraf.com-a Bakı Apelyasiya Məhkəməsindən məlumat verilib.

Məlumata görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə prokurorluğun şikayətinə məhkəmə istintaqı aparılmamaqla baxılması barədə qərar qəbul edilib.

Qərardan Ali Məhkəməyə kasasiya şikayəti ünvanlanıb. Buna görə də apelyasiya instansiyasında şikayətinə baxılması təxirə salınıb və cinayət işinin matrerialları baxılması üçün Ali Məhkəməyə göndərilib

Qeyd edək ki, BDU hüquq fakültəsi “Cinayət hüququ və kriminalogiya” kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor əvəzi Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakini Ziyad Süleymanovdan BDU-nun Beynəlxalq iqtisadi əlaqələr fakültəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edərək, 05 may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 №-li evdə qeyd olunan külli miqdarda pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Məhəmməd İmanlı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun əməlində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət tərkibi görüb. O, məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhəmməd İmanlı hökmdən apelyasiya və kasasiya şikayəti versə də, cəzası dəyişdirilməyib. O, cəzasını çəkmək üçün ümumi rejimli cəza çəkmə müəssisəsinə göndərilib.

Sabunçu rayon Məhkəməsinə müraciət edən Məhəmməd İmanlının işinə baxılıb. Məhkəmə onun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edib. Məhkəmənin qərarından prokurorluq narazı qalıb və apelyasiya protesti verib.

Hacı Zeynalov


Müəllif: