Xərçəng xəstəsi olan 59 yaşlı Aleksandr Kuklin yoxsulluqda ölməmək üçün lombard qarət edib.
Xərçəngin 4-cü mərhələsini yaşayan Aleksandra həkimlər iki əvvəl 4 ay vaxt qoyublar. O, zərgərli mağazasında həkkakçı usta işləyirdi. 2014-cü ilin yazında birdən-birə özünə söz verir ki, yoxsulluq içində dünyasını dəyişməyəcək.
Aleksandr bu qərarını işlədiyi mağazanın yanında yerləşən lombardı qarət etməklə reallaşdırmaq fikrinə düşüb və qərarını həyata keçirmək üçün qonşuluqda yerləşən məkanın siqnalizasiya sistemini xətdən ayırmağı öyrənir. Nəticədə təqaüdçü gecələrin birində lombarddan qızıl zinət əşyaları ilə dolu yeşik oğurlayır.
Sverdlovs vilayəti DİN öz açıqlamasında lombarddan aparılan qızılların yarım milyon rubl dəyərində olduğu bildirilir.
Polis əməkdaşları lombardın və qonşuluqda yerləşən müəssisələrin bütün işçilərini yoxlamaq üçün sorğu-sual ediblər. Hamı istintaqda iştirak edib, bircə Aleksandrdan başqa.
Polislər onu evini tərk etmədən saxlaya biliblər. Evdən oğurlanmış 1 kq qızıldan 700 qramı tapılıb. 300 qram izsiz yoxa çıxıb. Kuklin dindirilmələrdə bir qram qızıl belə satmadığını və gizlətmədiyini bildirib.
Aleksandr Kuklinə qarşı "Xüsusi iri məbləğli qarət" maddəsi ilə cinayət işi açılıb. Bu da 10 il azadlıqdan məhrumetmə deməkdir. Qarətçi ağır xəstə olduğundan hüquq-mühafizə orqanları səhhətini nəzərə alaraq ona ev dustaqlığı verilib. Polis həftə ərzində bir neçə dəfə onun yaşadığı evə gələrək evdə olub-olmadığını yoxlayır.
1 iyulda Aleksandra hökm oxunmalı idi. Lakin o, bu hökmün səslənmə prosesində iştirakını lazım bilməyib. Aleksandr sadəcə qaçıb. Onun tapılmayan 300 qramlıq qızılla birlikdə aradan çıxdığı istisna edilmir.
Hazırda bütün postlarda Aleksandr Kuklinin axtarışına başlanılıb.
/ans press/