Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Nəsimi rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun İzmir küçəsi 9 ünvanında baş verib. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Əli Səmədov özünü asıb. 20 yaşlı oğlanın intihar etməsinin səbəbləri bəlli deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov