19 İyul 2014 00:09
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Cəlilabad rayonunda bomba həyəcanı yaşanıb.

Hadisə şəhərin Hüseyn Cavid küçəsində qeydə alınıb. Belə ki, qazılmış kanalizasiya xətləri üçün gətirilmiş torpaq arasında üzə çıxan dairəvi dəmir parçası uşaqlardan başqa heç kimi maraqlandırmayıb. Küçədə oynayan uşaqlar üzə çıxan əşyanı traktorun ehtiyat hissəsi olduğunu zənn edərək, onu evlərinin lap yaxınlığına aparıblar. Lakin həmin küçədə yaşayan Rafət Məmmədov əşyanı diqqətlə nəzərdən keçirdikdən sonra onun heç də adicə dəmir parçası deyil, tank əlieyhinə partlamamış mina olduğu qənaətinə gəlib.

Hadisə yerinə çağırılan rayon polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal ərazini nəzarətə götürməklə sakinlər buradan uzaqlaşdırıblar. Daha sonra hadisə yerinə gəlmiş daxili qoşunların minaların zərərsizləşdirlməsi üzrə mütəxəssislərinin köməyi ilə partlamamış hərbi sursat ərazidən uzaqlaşdırlaraq zərərsizləşdirilib.

Qeyd edək ki, tapılan mina 150 metr radiusunda yerləşən yaşayış məntəqələrində güclü dağıntılar törətmək gücünə malik olub./apa/


Müəllif: