21 İyul 2014 10:33
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda oğurluq edən şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, rayonun 28 May küçəsində Bakı şəhər sakini İlqar Kərimova məxsus mağazadan qapını sındırmaq yolu ilə içərisində 664 manat olan seyf oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sabirabad rayon sakinləri Xəyal İbadov və Şəhruz Xəlilov tutulublar.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: