22 İyul 2014 12:28
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda bıçaqlanma olub.

Bu barədə Teleqraf.com-a Səbail rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Rəsul Rza küçəsində yerləşən Xəqani parkında baş verib. Bakı şəhər sakini Şahin Quliyev bağda bıçaqlanıb. O, Kliniki Tibbi Mərkəzə gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün Şahin Quliyevin həyatını xilas etmək mümkün olub.

Şahin Quliyev özünə gəlmədiyi üçün dindirmək mümkün olmayıb. Buna görə də Şahin Quliyevin hansı səbəbdən bıçaqlanması məlum deyil. Polis cinayəti törədən şəxslərin müəyyən olunması üçün tədbir görürlər.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər