Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Lökbatan qəsəbəsi S.Orucov küçəsində qeydə alınıb. Göyçay rayon sakini, 1989-cu il təvəllüdlü İlqar Qocayev qısqanclıq zəminində qeyri rəsmi yaşadığı 1985-ci il təvəllüdlü Rəna Qocamanovanı bıçaqlayıb.
Cinayəti törədən şəxs əvvəlcə hadisə yerindən qaçsa da, sonradan Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinin əməkdaşları tərəfindən həbs edilib. İlqar Qocayev Rəna Qocamanova ilə qeyri rəsmi yaşayıblar.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov