Bakının Nəsimi rayonunda narkotik vasitə ilə həbs olunan şəxsin başqa cinayətlərdə iştirak etməsi müəyyən olunub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Kriminalistik Tətqiqatlar İdarəsi və Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini əvvəllər məhkum olunmuş Əfqan Xudiyevdən 1,040 qr heroin götürülüb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 1-də Namiq Məmmədova məxsus evdən, mayın 14-də Elman Cəfərova məxsus ofisdən, mayın 4-də Nəsihət Əliyevə, iyunun 14-də Nadir Məmmədova, iyulun 8-də Ruslan Kərimova, iyulun 19-da Səbinə Sultanovaya məxsus mağazalardan habelə iyulun 24-də Elşən Eminova, iyulun 6-da Svetlana Cəfərovaya və iyulun 12-də Kəmalə Paşayevaya məxsus gözəllik salonlarından pul, qızıl və məişət əşyaları oğurlaması müəyyən edilib.
Hacı Zeynalov