30 Noyabr 01:53
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrə Baş Prokurorluğu özəl "Lombard Odier" bankını Özbəkistanın ilk prezidentinin qızı Gülnarə Kərimovanın yaratdığı "Office" təşkilatı üçün pulların yuyulmasında ittiham edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə departamentin saytında məlumat yerləşdirilib.

Məlumata əsasən, ittihamlar təkcə Kərimovaya qarşı deyil, həmdə onun bankda işə başlamazdan əvvəl tanıdığı və onun investisiya komitəsinin üzvü olduğu iddia edilən keçmiş menecerlərindən birinə aiddir. Prokurorlar "Lombard Odier" və onun keçmiş əməkdaşını irimiqyaslı çirkli pulların yuyulmasında və 2005-ci ildən 2012-ci ilə qədər Ofisin gəlirlərini gizlətməkdə təqsirli bilinirlər.

Bundan başqa məlumatda qeyd edilib ki, eks-menecerin Kərimova ilə bağlı doqquz bank hesabını idarə etdiyi dəqiqləşdirilib. Eyni zamanda, banklara yalançı benefisiarlar göstərilib.

Baş Prokurorluq təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə edilmiş gəlirlər olduğunu bildiyi əmlakın müəyyən edilməsi, axtarışı və müsadirəsinin qarşısının alınması üçün bir sıra addımlar atdığından şübhələnir. Lombard Odier-ə qarşı iddialar bankın bu hesabların açılması və idarə edilməsi zamanı çirkli pulların yuyulmasına qarşı mübarizə standartlarına və öz qaydalarına əməl etməməsi, həmçinin çirkli pulların yuyulmasının qarşısının alınması üçün tədbirlər görməməsi ilə bağlıdır.

Qeyd edək ki, Kərimova 1989-2016-cı illərdə Özbəkistana rəhbərlik etmiş İslam Kərimovun böyük qızıdır. O, hazırda öz ölkəsində həbsdədir. 2015-ci ildə qadın Özbəkistan məhkəməsi tərəfindən hədə-qorxu ilə pul tələb etməkdə və vergidən yayınmaqda təqsirli bilinib və buna görə 13 il 4 ay həbs cəzası alıb.


Müəllif: Arzu

Oxşar xəbərlər