Elçin Süleymanov
(I yazı)
Həyat öz nəğmələri təbəssümü və kədəri ilə kiminə xoşbəxtlik, kiminə isə bədbəxtlik nəsib edir. Adətən, biz insanlar bu sfera ilə həyata baxırıq. Çünki, xoşbəxtlik və bədbəxtlik məhfumu ilə barışan varlıq olan insan eyni zamanda xoşbəxtliyə doğru can atmağa çalışır.
Bəzən xəyallarının ardınca insan öz amalına yiyələnir, bəzənsə xoşbəxtliyə gedən yolu süni yolla həll edir. Yəni Aristotelin düşüncəsi ilə desəm, insan övladı zamanının elə bir həddinə çatır ki, o özünün çiçəklənmə çağını yaşayır. Bəzənsə süni çiçəklənmə yaşanır.. İnsanın bu çağının “süni” və “təbii’’ olamsını məhvumunun qavrayışını anlaşılması “süni” və “təbii’’ qızılgülə bənzətmək olur. Həyat öz axarında yoluna davam edir. Sünilik və təbiliklə. Təbii yol əlbəttə ki haqqın yoludur. Bunu həyata keçirməyin birinci şərti isə arzularının olması və bu amalla getməyinizdir. Arzulu insan səbrli insandır.
Çünki, belə olduqda haradan gəldiyini, harada olduğunu bilən və harada olacağanı bilməyən varlıqdır insan... O insan bəndəsi şükür edir. Təbiətdən, yurdundan, elindən və obasından ; yaşamağın, yaratmağın, ilham almağın sevincini yaşayır. İnsan cəmiyyətində fəlsəfi olaraq Xeyir və Şərin mübarizəsi və bu mübarizələrin sonu haqqında ədəbiyyat külliyyatı yazılıb və yazılır. Amma insan övladı səbri və şükür etməyi bəzən bacarsa da, bəzən süni olaraq makiyajlanır. Yəni halalla haramı bir-birinə qarışır. Çünki o nəfsinə sadiq ola bilmir... Nəfsinə sadiq olmayan bəndə istənilən insan cəmiyyətinin tərəzisini pozur. Bu sosial varlıq olan insan cəmiyyətində sosial balansı pozur. Böyük islam filosofu bu tərəzinin açarını ədalətdə görsə də, ən son qənaətə gəlir ki, “o kainatın ruhudur”. Yəni hardasa tərəzi nizamda olsa da, tərəzinin nizamı pozulur. İstər eşqdə, istər iş həyatında, istərsə də hər hansı bir situasiyada. O zaman mədrəsələrdə şüar şəklində yerləşdirilən bu şüar əslində cəmiyyətlə barışmayan Xəyyamın filosof kimi dərdi idi. Çünki ruh bədəndən çıxanda o, göylərə çəkilir. Yəni Xəyyam ədalətin ruh, ruhunsa göylərdə olduğunu yerdə olmadığını bildirirdi. Təbii ki, Ömər Xəyyam bunu nəfsini itirənlər haqqında deyib.
Nəfsini itirən insan əməllərinə görə “süni” makiyajlanan insanlardır. Süni makiyajlananlarsa öz əməllərinin süni olduğunu görüb bundan çəkinməyənlərdir. Çünki, ümidi olan, ümidlərini yaşatmaq amalı ilə zəhməti sevib nəfsinə sadiq olan, bəzənsə sadiq olmayan yolçudur insan...İndi isə sizlərə yazdığım bu gerçək hekayəm, nəfsinə sadiq qalmayaraq harama əl atan bir quşun həyat hekayəsidir bu hekayə...
Heç bilirdinizmi bu həyat adlanan dənizdə ismi “haqq” olan bir quş yaşayır? Bilirdinizmi ki niyə görə ona haqq quşu deyirlər? Özü də bu quş uzaq Afrikada yox bizim Azərbaycanda yaşayır…
(ardı var)