30 May 2016 18:42
1 878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəhim Xoyski

Liberal Düşüncə Dərnəyinin təsisçilərindən biri


İspaniyada 1492-ci ildə Kastiliya və Leon Kraliçası I. İzabel ilə Aragon kralı II. Ferdinand ölkədəki yəhudilərin sürgün fərmanını imzalamışdı. Sefarad yəhudiləri xristian olmamaları vəziyyətində ölkədən qovulmuşdu. Onlar İspaniyanı tərk edilməyə məcbur edildiklərində, bir gün itkin vətənlərinə geri dönəcəkləri ümidiylə evlərinin açarlarını yanlarında götürmüşdü.

İbrani dilində “Sefarad”, İspaniya mənasını verir. Buna görə də İspaniya xaricində Portuqaliya, İtaliya, Şimal Afrika, Türkiyə, Egey Adaları və Balkan yəhudilərinin də böyük hissəsi bu adla tanınır. Bu yəhudilərin bir qismi də dövrün Osmanlı sultanı 2. Bəyazidin dəvətilə Osmanlı torpaqlarına gəlib yerləşmişdi. İsrail Dövlətinin qurulmasının ardından 1950-ci illərdən etibarən çox sayda Sefarad yəhudisi isə bu ölkəyə köçdü. Sefarad yəhudiləri “ladino” adlanan ispancanın Kastilya ləhcəsinə əlavə edilmiş türkcə, ibranicə və yunancadan gəlmə sözlər ilə qarışıq dildə danışırlar. Bu dil artıq ən işləksiz dillər siyahısına düşməkdədir. Amma Sefarad köklü yəhudilər bacardıq qədər bu dili qoruyub saxlamağa çalışırlar. İspan Sefaradları İbranicədə “Samj Tet” olaraq adlandırılırlar və bu da “Saf Sefarad” mənasını verir. Sefarad dili olan ladino İsraildə hələ də danışılır və ibranicədə bu dilə “Espanolit” deyilir.

İspaniyada yaşayan yəhudilərin qovulmasını nəzərdə tutan Əl-Hamra fərmanı 31 Mart 1492-ci ildə Qranadadakı Əl-Hamra Sarayında imzalanmışdı. Bu fərmana görə yəhudi dininə mənsub olan, ya da mənşələri bu dinə inanmış xalqa söykənən hər kəs İspaniyanı tərk etmək məcburiyyətində qalırdı. Sefarad yəhudilərinin bir qismi isə təqiblərdən qorunmaq üçün 1492-ci ildə xristianlıq dininə keçərək, İspaniyada qalmağa qərar vermişdi. İspaniyada qalan yəhudilər diqqət çəkməməyə çalışdı. Yəni onlar əsl şəxsiyyətlərini gizlətdi və yavaş-yavaş mədəni miraslarını arxalarında buraxdılar.

Əsrlərdir mədəni kimliklərini inkar edərək yaşayanlar yəhudi əslli xristian ispanlar bu gün “Biz kimik?”, “Yəhudimi, yoxsa İspanıqmı?” sorğu içində yaşayırlar.

Genişlənmiş mənada isə bu gün, Sefarad yəhudiləri adı, Aşkenazi olmayan bütün yəhudilərə verilən qeyri-rəsmi addır. Bu gün Türkiyədə yaşayan 25.000 yəhudinin təxminən 96 faizini meydana gətirən Sefaradların sayı 24 min, qalan 4 faizi meydana gətirən Aşkenazi yəhudilərinin sayı isə min nəfər civarındadır.
Beş əsr sonra İspan hökuməti hazırladığı qanun layihəsi ilə bu tarixi səhvi düzəldərək İsrail, Latın Amerika və Türkiyənin başda olduğu bir çox ölkədə yaşayan Sefarad yəhudilərinin soyundan gələnlərə vətəndaşlıq verməyə hazırlaşır.

Bu xəbər mediada yayıldıqdan sonra məhşur Sefarad yəhudisi olan uruqvaylı jurnalist Alexandra Abulafia da ispan vətəndaşlığına müraciət edəcəyini deyib: “İspan pasportu mənim üçün itkin vətənimizə geri dönüşü təmsil edir, bu bir açardır. Dünyadakı bütün sefaradların İspaniyaya geri dönəcəyini düşünmürəm. Onlar yalnız ispan vətəndaşlığına müraciət edəcək və daha sonra da öz ölkələrində qalacaq. Çoxu ispaniyaya yerləşməklə maraqlanmır”.

Yaxşı bu nə mənanı verir? Sefarad Yəhudiləri İspaniyaya gerimi dönəcək? Önümüzdəki 5 il ərzində 90,000 ilə 500,000 arasında Sefarad yəhudisi ispan vətəndaşlığına müraciət edə bilər. İspan hökuməti söhbətin getdiyi qanunun 2015-ci ilin əvvəllərindən qüvvəyə minməsini gözləyir.

Qanuna görə, vətəndaşlığa görə müraciət edənlərin İspan Sefarad mənşəli olmaları lazımdır. Bunun üçün də Sefarad mənşəli olduqlarını sübut edə biləcək uzun bir siyahı dolusu sənədi toplamalıdırlar. Bunlar Ladino dilini bildiklərinə dair sertifikat, doğum sənədi, Kastilya ayininin edildiyinə dair toy sənədi, müraciət edən adamın iqamət etdiyi yerdəki xaxamlar tərəfindən verilən sənəd, ya da İspaniyadakı Yəhudi Birlikləri Federasiyası tərəfindən verilən bir arayış olmalıdır.

Bu qanunu Sefarad Yəhudilərindən üzr istəmək üçün simvolik bir səymi? Yoxsa tarixi bir səhvin düzəldilməsi mənasına gəlir? Bu cəhdin zamanlaması doğrumu? Əslində bir səhvi düzəltmək və ədalətin yerini tapdığını görmək üçün hər vaxt doğru zamandır. Sefarad yəhudiləri çox uzun bir müddətdir bunun həsrətini yaşayırlar. İqtisadi və siyasi böhran zamanında yaşadığımızı düşünün. Yunanıstan, Macarıstan, Finlandiya və Fransada həddindən artıq sağ və neo-nasist siyasi partiyalar ortaya çıxır. Buna görə də bu qanun İspaniya hökuməti tərəfindən zamanında edilən bir cəhddir. Bu səhvi düzəltmək və ədalətin yerini tapması məqsədi güdür.


Müəllif: Rəhim Xoyski