Azərbaycan xalqı Avropa Oyunlarına ciddi hazırlaşır.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Ə.Həsənov bildirib ki, Avropa Oyunları tək dövlətin deyil, bütün Azərbaycanın tədbiridir, ümumxalq tədbiridir: "Biz bu tədbirdən maksimum istifadə edərək Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, Azərbaycan xalqının mədəniyyətini, həyat tərzini, o cümlədən torpaqlarımızın işğalı faktını, neçə illərdir Azərbaycanın bölgədə yürütdüyü siyasəti, qonşularla münasibəti və sair dünyaya çatdırmaq istədiyimiz məsələləri çatdıracağıq".