Bolqarıstan Prezidenti Rosen Plevneliyev Bakıda I Avropa Oyunlarının bağlanış mərasimində iştirak etməyi planlaşdırır.
Bu barədə Trend-ə diplomatik mənbə xəbər verib.
Bolqarıstan Prezidenti səfər çərçivəsində həmçinin Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaq.
Xatırladaq ki, I Avropa Oyunlarının açılış mərasimində Bolqarıstanı Baş nazir Boyko Borisov təmsil edəcək. Nümayəndə heyətinə Bolqarıstanın Milli Olimpiya Komitəsinin sədri və İdman naziri də daxildir.