12 İyun 2015 00:28
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın “sports.opera.com” saytında birinci “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, “Birinci Avropa Oyunları bütün diqqəti Bakıya yönəldir” sərlövhəli yazıda müəllif bildirib: “Nəhayət, Avropanın da Olimpiya Oyunları kimi çoxnövlü idman yarışı oldu”.

Məqalədə birinci Avropa Oyunlarının 2016–cı il Rio Olimpiadasına hazırlıq üçün gözəl imkan olduğu vurğulanıb. Bildirilib ki, Azərbaycan Oyunlar vasitəsilə dünyaya daha yaxından tanınmaq istəsə də təəssüf ki, bu ölkəyə qarşı qərəzli fikirlərə də rast gəlinir. Bu mənfi rəyin Oyunlar ərəfəsində həm Avropa Olimpiya Komitəsi, həm də ev sahibi Azərbaycanda təəssüf doğurduğu, lakin yarışların keçirilməsinə heç bir maneçilik törətməyəcəyi məqalədə diqqətə çatdırılıb.


Müəllif: