12 İyun 2015 11:20
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Heç bir dava baş verməyib". ANS PRESS-in məlumatına görə, bunu TASS agentliyinə açıqlamasında Bakıya gələn Rusiya nümayəndə heyətinin rəhbəri İqor Kazikov deyib.

O, Bakıda keçirilən Avropa Oyunlarında iştirak etmək üçün paytaxtımıza gələn rusiyalı və ukraynalı idmançılar arasında dava baş verməsi barədə məlumatı təkzib edib.

Qeyd edək ki, idmançılar arasında davanın baş verməsi barədə məlumat ötən gün yayılıb. İdmançıların şəhərdə emosiyalarını saxlaya bilməyərək əlbəyaxa olduğu deyilirdi. Davanın qarşısını hüquq mühafizə orqanlarının müdaxiləsi ilə almaq olub.

Xatırladaq ki, Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də baş tutacaq. yarışlar iyunun 28-dək davam edəcək. Oyunlarda 253 dəst medal uğrunda 6 min idmançı mübarizə aparacaq.


Müəllif:

Oxşar xəbərlər