15 İyun 2015 13:35
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizim üçün bu gün qələbə çox vacib idi. Çünki qrupda liderlik uğrunda mübarizəmizi təmin etmək istəyirik”.

Türkiyənin qadınlardan ibarət yığma komandasının baş məşqçisi Ferhat Akbaş Teleqraf.com-a İtaliya ilə oyunda qazandığı qələbədən danışıb: “Komandamızdan razı qaldım. Yaxşı oynadıq və qələbəni təmin etdik. Oyunda ciddi səhvlərimiz olmadı. Bunun üçün də hər setdə xal fərqi çox yüksək oldu. Qələbəyə layiq oyun göstərdik”.

Türkiyəli məşqçi İtaliya ilə oyunda onlara dəstək olan azərkeşlərə təşəkkür edib: “Azərkeşlərin bizim qələbəmizdə xüsusi rolu var. Çox möhtəşəm dəstək aldıq. Azərbaycan xalqına və azərkeşlərə ayrıca təşəkkür edirəm”.

Akbaş Azərbaycan yığmasının oyunlarını da dəyərləndirib: “Azərbaycan hər zaman güclü oyun göstərib. Çox güclü idmançılarınız var. Bunlardan biri də Polina Rəhimovadır ki, onun qarşısını almaq çox çətindir. Azərbaycan millisi ilə son oyunda qarşılaşacağıq. Güman edirəm ki, qardaşlıq qazanacaq”.

Samir


Müəllif:

Oxşar xəbərlər