16 İyun 2015 17:18
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Avropa Oyunlarına ev sahibliyi edən Bakı şəhəri bu günlər qitənin idman mərkəzinə çevrilib. Avropanın həyatında böyük hadisə olan bu möhtəşəm yarışlar ölkəmiz üçün də böyük tarixi əhəmiyyət kəsb edir.

SOCAR-ın mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, Azərbaycan idmanının inkişafında, peşəkar idmançıların yetişdirilməsində və ölkəmizin beynəlxalq idman arenasında tanınmasında müstəsna rolu olan “Neftçi İdman Klubu” İctimai Birliyi də Bakıda keçirilən I Avropa Oyunlarında ölkəmizi təmsil edir. Klubun yetirmələri daim Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, digər mötəbər yarışlarda respublikanın idman şərəfini ləyaqətlə qoruyaraq, Vətənə medallarla dönüblər.

“Neftçi İdman Klubu” I Avropa Oyunlarına 80 idmançı ilə qatılıb. Klubun idmançıları atletika, cüdo, güləş, qılıncoynatma, sambo, boks, taekvondo, badminton, velosiped, atıcılıq, üzgüçülük, basketbol, voleybol, çimərlik futbolu, karate və bədii gimnastika üzrə yarışlarda iştirak edirlər.


Müəllif:

Oxşar xəbərlər