17 İyun 2015 15:47
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Oyunları çərçivəsində taekvondo üzrə yarışların ikinci günündə azərbaycanlı Ayxan Tağızadə (68 kq) dörddəbir finalda London-2012-nin qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel Qonzales Bonilla (İspaniya) ilə üz-üzə gəlib.

Teleqraf.com-un məlumatına görə, birinci raundda A.Tağızadə rəqibini 1-0 hesabı ilə üstələyir. İkinci raundda daha 3 xal qazanan taekvondoçumuz yarışın sonunda 7-5 hesabı ilə rəqibini məğlub edib. Azərbaycan təmsilçisi yarımfinala vəsiqə qazanıb. A.Tağızadə yarımfinalda Aleksey Denisenko ilə döyüşəcək.

A.Tağızadənin yarışını izləmək üçün Taekvondo Federasiyasının Prezidenti Kəmaləddin Heydərov Bakı Kristal zala gəlib. K.Heydərov yarış başa çatdıqdan sonra Federasiya rəhbərliyinə öz tövsiyəsini verib.


Müəllif:

Oxşar xəbərlər