18 İyun 2015 13:39
1 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı atlet Danilov Artyom 11-ci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb.

Teleqraf.com xəbər verir ki, atletimiz yarışdan sonra təəssüratını jurnalistlərlə bölüşüb.

“ Hər şey çox gözəl təşkil olunub. Daha yaxşı çıxış edə bilərdim. Bəzi fəndlər istədiyim kimi alınmadı. Finala tam hazıram. Əsas rəqib kimi Rusiya, Böyük Britaniya, Danimarkanı hesab edirəm. Məqsədim ilk altılığa düşməkdi.”

İdmançımız uğurlu çıxış edib 2016-cı ildə Rio de Janeroda təşkil ediləcək olimpiya oyunlarına qatılmaq istədiyini də bildirib:

“Əslində ora lisenziya qazanmağı çox istəyirəm. Bu hər bir idmançının arzusudur. Düşünürəm ki, bu atletin yüksələ biləcəyi ən böyük zirvədi ”.

O, Azərbaycan bayrağı altında çıxış etdiyinə görə qurur duyduğunu söyləyib:

“Həqiqətən çox şadam ki, Azərbaycan adına yarışlarda çıxış edirəm. Rusiya təmsilçisi kimi çıxış etsəydim bəlkədə bu alınmazdı. Məni komandaya dəvət edənlərə təşəkkürmü bildirirəm.”

Rüstəm


Müəllif:

Oxşar xəbərlər