20 İyun 2015 08:58
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Güləş Federasiyasının prezidenti Musa Aydın bildirib ki, türkiyəli idmançılar Bakıdakı kimi heç bir yerdə belə dəstək almayıblar. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Onun sözlərinə görə, I Avropa Oyunlarında yaxşı nəticələr qazanıblar: "2 qızıl, 1 gümüş və 7 bürünc medal qazanmışıq".

M.Aydın qeyd edib ki, azərbaycanlılar türkiyəli güləşçiləri fəal dəstəkləyiblər: "Buna cavab olaraq idmançılarımız mükfatlandırma zamanı Türkiyə və Azərbaycanın bayraqlarını qaldırıblar".


Müəllif:

Oxşar xəbərlər