"Bakı 2015" Birinci Avropa Oyunlarında qadınlararası voleybolda yarımfinal oyunları keçirilir.
Teleqraf.com xəbər verir ki, ilk qarşılaşma Polşa və Serbiya kollektivləri arasında baş tutub. İlk hissənin birinci texniki fasiləsinə Polşa üstün yollanıb: 8-7. İkinci texniki fasiləyə 16-15 hesabı ilə polşalılar üstün ayrılıb. İlk hissənin qalibi Polşa komandası olub: 25-23.
İkinci hissənin ilk texniki fasiləsi sebrlərin üstünlüyü ilə başa çatıb: 8-3. Bu hissənin son texniki fasiləsinə polşalılar geridə ayrılıb: 11-16. İkinci setin qalibi Serbiya komandası olub: 25-20. Polşa üçüncü setdə yenidən hesabda önə keçib: 25-19.
Dördüncü setdə sebrlər hesabı bərabərləşdirib: 25-22 (2-2). Beşinci setdə də Polşa komandası üstün olub: 15-12. Bununla polşalılar finala yüksəlib.
Samir