26 İyun 2015 23:40
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015” ilk Avropa Oyunlarının çimərlik futbolu yarışlarında “A” və “B” qruplarının sonuncu oyunları keçirilib və yarımfinala vəsiqə qazanan komandalar məlum olub. “A” qrupunda ilk iki yeri Portuqaliya və İsveçrə milliləri, “B” qrupunda isə İtaliya ilə Rusiya yığmaları tutub.

AZƏRTAC xəbər verir ki, yarışların qrup mərhələsinin üçüncü günündə - iyunun 26-da “A” qrupunda Azərbaycan və Portuqaliya milliləri qarşılaşıb. Yığmamız oyundan 4:6 hesabı ilə məğlub ayrılıb. Qrupun digər oyununda İsveçrə və Ukrayna milliləri üz-üzə gəlib. İsveçrə millisi oyunun əvvəlində 0:4 geri düşməsinə baxmayaraq, inamlı mübarizə nəticəsində 5:4 hesabı ilə qələbə qazana bilib.

“B” qrupunda Macarıstan və İtaliya yığmaları qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyun İtaliyanın 5:4 hesablı qələbəsi ilə başa çatıb. Digər oyunda Rusiya millisi İspaniya yığmasına 5:3 hesabı ilə qalib gəlib.

İyunun 27-də çimərlik futbolu yarışlarında yarımfinal və təsnifat oyunları keçiriləcək. Yarımfinalda İtaliya-İsveçrə və Portuqaliya-Rusiya görüşləri oynanılacaq.


Müəllif:

Oxşar xəbərlər