Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) prezidentliyə namizədinin adını açıqlayacaq.
Musavat.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Türkiyənin baş nazirinin müavini Bülənd Arınç təsdiqləyib. Onun sözlərinə görə, prezidentliyə namizədin müəyyənləşdirilməsi və elan edilməsi ilə bağlı bütün işlər görülüb, qərar verilib: "O qərar sabah (bu gün-red) axşam saatlarında elan ediləcək. O, bütün dünyanın tanıdığı bil isim olacaq".
Qeyd edək ki, AKP-nin prezidentliyə hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürəcəyinə şübhə yoxdur.