01:11
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin sentyabrında dünyada 2,7 mindən çox laborator təsdiqlənmiş meymunçiçəyi virusu aşkar edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

“Sentyabrda 2 763 təsdiqlənmiş “mpox” hadisəsi qeydə alınıb. Bu, 2022-ci ilin noyabr ayından bəri ən yüksək haldır. Nəticələr bütün dünyada yoluxma sayının artmasının tendensiyasını göstərir”, - məlumatda vurğulanıb.

Avqust ayı ilə müqayisədə yoluxmaların sayı 8% artıb. Ən böyük artım Afrikada (35%) qeydə alınıb, burada sentyabrda 1756 yeni mpox hadisəsi aşkar edilib.

Eyni zamanda, Avropada yoluxma sentyabr ayında 26%, Amerikada isə 32% azalıb. 2022-ci il yanvarın 1-dən bu il sentyabrın 30-dək 123 ölkədə 109 699 təsdiqlənmiş meymunçiçəyi virusu hadisəsi, o cümlədən 236 ölüm halı müəyyən edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər