00:41
227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Ukrayna prezidentinin Ukrayna Silahlı Qüvvələrində zabit vəzifələrinə əcnəbilərin işə götürülməsinə icazə verən qanunu imzalamasını şərh edib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, o, bu barədə "Teleqram" kanalında paylaşım edib.

“Xarici komandirlər ukraynalıları hücumlara ataraq daha fəal şəkildə ordunu bitirsinlər. Əks halda, birdən ukraynalının ukraynalıya yazığı gələcək”, - Zaxarova qeyd edib.

Qeyd edək ki, oktyabrın 26-da Ukrayna prezidenti Vladimir Zelenski əcnəbilərə orduda komandanlıq vəzifələrində xidmət etməyə icazə verən qanunu imzalayıb .


Müəllif: Arzu

Oxşar xəbərlər