9 Noyabr 18:23
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Trampın ABŞ prezidenti seçilməsi və onun yaxın aylarda Ukrayna ilə Rusiya arasında münaqişəyə son qoymaq niyyəti Avropa üçün ciddi geosiyasi problemlər yaradacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə Polşanın Baş naziri Donald Tusk açıqlama verib.

Baş nazirin sözlərinə görə, ABŞ seçkilərindən sonra yeni geosiyasi mənzərə hamı üçün ciddi sualar yaradır. Xüsusən də Rusiya Prezidenti Vladimir Putin arasında razılaşma nəticəsində Rusiya-Ukrayna münaqişəsinin sona çatması kontekstində də eyni düşüncəni sərgiləmək olar.

Tusk əlavə edib ki, Polşa rəhbərliyi NATO-dakı ən mühüm tərəfdaşları ilə məsləhətləşmələr aparmağa hazırlaşır. Buna görə Fransa Prezidenti Emmanuel Makronun yaxın vaxtlarda Varşavada olması gözlənilir.

Bundan əlavə, o, Londonda və ya Varşavada Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə danışıqlar aparmağı nəzərdə tutur. Hətta yaxın günlərdə NATO-nun Baş katibi Mark Rutte də Polşaya səfər edəcək.


Müəllif: Mahir

Oxşar xəbərlər