9 Noyabr 17:54
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Volodimir Zelenskinin Ukraynaya "ATACMS" taktiki raket sistemlərinin prioritet verilməsi ilə bağlı son müraciətini rədd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə iki amerikalı rəsminin məlumatına istinadən “The Wall Street" jurnalı yazıb.

Xəbərdə qeyd olunur ki, Pentaqon rəhbəri Kiyevin tələbini yerinə yetirmək üçün digər alıcılarla uzun müddətdir bağlanmış müqavilələri poza bilmədiyi üçün Zelenskinin istəyini geri çevirib.

Bundan əlavə, nəşr Pentaqonun "F-16" qırıcıları üçün Ukraynaya verə biləcəyi sursat ehtiyatının məhdud sayda olduğunu da yazıb.

Bu arada, "WSJ" ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən xəbər verir ki, Vaşinqton, həmçinin Kiyevə "Patriot" və "NASAMS" hava hücumundan müdafiə sistemləri üçün 500-dən çox raket göndərmək niyyətindədir.


Müəllif: Mahir

Oxşar xəbərlər