31 Dekabr 2024 23:46
325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Salyan rayonunun Kürsəngi kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Muğan Regional Mərkəzinin xilasediciləri cəlb edilib

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Hyundai Tukson” markalı minik avtomobilinin, ilkin ehtimala görə, yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirirək çevrilməsi nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sərnişinin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalması müəyyən olunub.

Xilasedicilər tərəfindən xüsusi alətlərin köməyi ilə yol-nəqliyyat qəzası zamanı nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Əhmədov Rafət Hilal oğlu avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Qeyd edək ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Kürsəngi kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində Salyan rayon sakinləri, 1970ci il təvəllüdlü Hüseynov Elxan Qulam oğlu, 1961-ci il təvəllüdlü Əhmədov rafət Hilal oğlu və 1969-cu il təvəllüdlü Əhmədova Mənzər Afət qızı müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər