29 Dekabr 2024 14:31
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illərdə İsrail kəşfiyyatı (MOSSAD) Suriyada devrilmiş rejimin başçısı Bəşər Əsəd və yaxın ətrafı ilə əlaqələr qurmaq üçün gizli əməliyyatlar keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Yediot Ahronot” qəzeti yazır.

Nəşr bildirir ki, İsrail kəşfiyyatı devrilmiş rejimin yüksək rütbəli nümayəndələri ilə “Musa” kod adı ilə Votsap (WhatsApp) vasitəsilə əlaqə saxlayıb:

“İsrail ordusu Suriyada İran və “Hizbullah” terror təşkilatına aid hədəflərə hava zərbələri endirdikdən sonra Hərbi Kəşfiyyat Xidməti Əsəd rejiminin keçmiş müdafiə naziri Əli Mahmud Abbasla Votsap vasitəsilə əlaqə saxlayıb”.

Nəşr qeyd edir ki, İsrail Əsəd və yaxın çevrəsi ilə əlaqələr qurmaqla yanaşı, keçmiş rejimə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində Livana silah tədarükünü dayandıracaq məxfi razılaşmanın əldə edilməsi üçün növbəti əməliyyatı keçirib.

MOSSAD-ın keçmiş rəhbəri Yossi Koenin 2019-cu ilin sonunda Kremldə Əsədlə görüş planlaşdırdığı, amma Suriyanın sabiq liderinin bundan imtina etdiyi də bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər