7 Yanvar 18:16
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Qətər Suriyaya iki üzən elektrik stansiyası verəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın Elektrik Enerjisinin Ötürülməsi və Paylanması idarəsinin baş direktoru Xalid Əbu Dey SANA-ya açıqlamasında bildirib.

Stansiyalar birlikdə 800 MVt elektrik enerjisi istehsal edəcək. Bu, Suriyada mövcud istehsal səviyyəsinin yarısına bərabərdir.

Qeyd edək ki, Suriya ciddi enerji çatışmazlığından əziyyət çəkir. Ölkənin əksər bölgələrində elektrik enerjisi gündə cəmi üç saat verilir.

Bundan əvvəl Suriyanın keçid hökuməti iki ay ərzində gündə 8 saata qədər elektrik enerjisi verməyi planlaşdırdığını bildirmişdi.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər